Bizi izləyin:



İNDİ SƏYAHƏT EDİN, SONRA ÖDƏYƏRSİNİZ
İNDİ SƏYAHƏT EDİN, SONRA ÖDƏYƏRSİNİZ
 
Azərbaycan Mikro Kredit BOKT MMC və tanınmış turizm şirkətlərindən olan Millennium Turizm şirkəti arasında "SƏYAHƏT KREDİTİ” məhsuluna dair ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Millennium Lufthansa City Center - turizm sahəsində 10 ildən artıq təcrübəsi olan, turizm istiqamətləri üzrə ixtisaslaşmış, korporativ müştərilərə kompleks xidmətləri göstərən, dünyanın bir çox ölkələrindən xarici turistlərin və nümayəndə heyətlərinin qəbulu, individual və qrup turların təşkili ilə məşğul olan Azərbaycanın ən böyük turizm şirkətlərindən biridir.

Azərbaycan Mikro Kredit BOKT MMC və Millennium Turizm şirkəti ilə birgə olan "SƏYAHƏT KREDİTİ” layihəsi insanlara sərfəli kredit şərtləri ilə səyahət təklifləri təqdim edir. Belə ki, Azərbaycan respublikasının vətəndaşı olan müştərilər 500 manatdan 10 000 manatadək kredit götürməklə və komissiya haqqı ödəmədən 12 ayadək səyahət krediti götürə biləcəklər.